Türkiyədə dağ-xizək kurortunda qar uçqunu olub, beş nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Türkiyədə dağ-xizək kurortunda qar uçqunu olub, beş nəfər yaralanıb


Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.

Bu barədə “Sizinxeber.az” Türkiyənin "NTV Spor" telekanalına istinadən xəbər verir.

"Qar uçqunu Ərzurumda Palandökən dağında düşərgə quran Türkiyə milli cüdo komandasının Sultan Səkisi bölgəsinə qalxdığı zaman baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan 16 yaşlı idmançı Emre Yazgan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, reanimasiyadadır", - məlumatda bildirilib.

Palandökən kurortu Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 kilometr məsafədə yerləşir.

Oxşar xəbərlər

Türkiyədə ağır yol qəzası olub, üç nəfər ölüb, iki nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası olub, 3 nəfər ölüb, 4-ü yaralanıb
Livandan açılan atəş nəticəsində İsraildə 10 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər