Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşma olub
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb.
“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət yaşanır. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
Hələlik həbslər qeydə alınmayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra müxalifət tərəfdarları parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanıblar.
Oxşar xəbərlər
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB
Gürcüstanda Aİ ilə üzvlük danışıqlarının dayandırılması ilə bağlı aksiyalar keçirilir - FOTO - VİDEO
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
