Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.
Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.
***
21:08
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, "Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, "ruslar", "get" şüarları səsləndirirlər.
Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.
Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.
Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.
Oxşar xəbərlər
Gürcüstanda Aİ ilə üzvlük danışıqlarının dayandırılması ilə bağlı aksiyalar keçirilir - FOTO - VİDEO
Gürcüstanda etirazçılar gecəni parlament binasının qarşısında keçiriblər
Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb