Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir
sizinxeber.az xəbər saytı

Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir


Gürcüstanın iqtidar partiyasında ölkənin prezidentliyinə namizəd seçimi intensiv şəkildə müzakirə olunur.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu "Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq”, - M.Mdinaradze deyib.

Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.

Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq.

Oxşar xəbərlər

Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle