Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik
Türkiyə Ukraynadakı müharibənin ən qısa vaxtda başa çatmasını istəyir.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada latviyalı həmkarı Baiba Braze ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir: “Ankara sülhə xidmət edən bütün səyləri dəstəkləyir. Türkiyə beynəlxalq hüququn dünyanın bütün yerlərində tətbiqinin tərəfdarıdır”.
H.Fidan, həmçinin söyləyib ki, Türkiyə Yaxın Şərqdəki müharibənin də başa çatmasında maraqlıdır.
Nazir onu da bildirib ki, Avropa İttifaqına (Aİ) üzvlük Türkiyə üçün strateji əhəmiyyətli məsələdir: “Aİ ilə əlaqələrimizi konstruktiv formada inkişaf etdirməyin tərəfdarıyıq. Eyni mövqeyi qarşı tərəfdən də görmək istəyirik”.
Türkiyənin terrorla mübarizəsi barədə də danışan H.Fidan söyləyib ki, rəsmi Ankara arxayınlaşmayacaq, FETÖ-ya qarşı mübarizəni davam etdirəcək.
Oxşar xəbərlər
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Hakan Fidan: Türkiyə regionda sülh və sabitlik istəyir
Hakan Fidan: Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək
Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır
Hakan Fidan nüvə müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
