Gürcüstan parlamentinin sədri: Rusiyaya qarşı sanksiyaların tətbiqi iqtisadi çöküşümüz deməkdir
Rusiyaya qarşı sanksiyaların tətbiqi Gürcüstanın iqtisadi çöküşü və Rusiya ilə hərbi qarşıdurma deməkdir.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın Aİ ilə yaxınlaşması Rusiya ilə münasibətlərin pisləşməsi ilə müşayiət olunmamalıdır.
Ş.Papuaşvili, həmçinin qeyd edib ki, ölkə hökuməti xüsusilə seçkiqabağı dövrdə respublikanın işlərinə xarici müdaxilə faktlarından xəbərdardır.
Nümunə kimi parlamentin sədri Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi halını göstərib. Gürcüstan hakimiyyəti bunu seçkiqabağı müdaxilə kimi qiymətləndirib, bundan sonra maliyyələşmə dayandırılıb:
"Nəticə çıxarmaq üçün öz kəşfiyyatımız var. Nəticə çıxardığımız yerlərdə danışırıq. Danimarka maliyyələşdirməsi haqqında danışdıq və onun dayandığını gördük. İndi biz video çarxların maliyyələşdirilməsi kampaniyası haqqında danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədirlər”.
Oxşar xəbərlər
Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır
Şalva Papuaşvili: Avropa Gürcüstandan Rusiyaya sanksiyalar tətbiq etməyi tələb edib
Gürcüstan parlamentinin sədri: Prezident Saakaşvilini əfv etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
