Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
avq
2024
20:30
0
0
2 515
ff

Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır

19 avq, 2024
20:30
2 515

Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır

Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan-Ukrayna münasibətlərində nəzərdən keçirilməli olan nəsə varsa, bunu Ukrayna hökuməti etməlidir.

“Ukrayna hakimiyyəti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır. Çünki bu, dostluğa zidd addımdır”, - Kobaxidze bildirib.

Baş nazir xatırladıb ki, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin başlamasının beşinci günü Gürcüstan səfirini ölkədən çıxarmışdı. Buna səbəb kimi Gürcüstanın Rusiyaya qarşı sanksiyaların tətbiqindən və oraya könüllülər göndərməkdən imtina etməsini göstərmişdi.

Bizimlə əlaqə saxlayın

×
×