Akayev eks-prezident statusunun bərpası üçün Qırğızıstan parlamentinə müraciət edib
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev eks-prezident statusunun bərpa olunmasını xahiş edib.
"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı parlamentə müvafiq məktub daxil olub.
Parlamentin Konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin rəhbəri Çolpon Sultanbekova bildirib ki, Ə.Akayevin adından parlament sədrinə ünvanlanmış məktub iyulun 30-da daxil olub.
“Bu, vaxt tələb edən prosesdir. Bütün fraksiyalar və deputatlarla məsləhətləşmələr aparılmalıdır. Məqsədəuyğun olduğu halda bu məsələ gündəliyə daxil ediləcək və qərar veriləcək”, - Ç.Sultanbekova bildirib.
KİV-in məlumatına görə, "Zanbaq inqilabı"ndan (2005) demək olar ki, dərhal sonra parlament Ə.Akayevi “birinci prezident” statusundan məhrum edib. 2010-cu ilin aprel inqilabından sonra isə müvəqqəti hökumətin qərarı ilə o, “keçmiş prezident” statusundan da məhrum edilib.
Oxşar xəbərlər
Ramaz Nikolaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra prezident və parlament seçkilərini keçirdi
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 14 müraciət daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
