Ramaz Nikolaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra prezident və parlament seçkilərini keçirdi
sizinxeber.az xəbər saytı

Ramaz Nikolaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra prezident və parlament seçkilərini keçirdi


Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra prezident və parlament seçkilərini keçirdi.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PM) Gürcüstandan olan üzvü Ramaz Nikolaişvili deyib.

O, parlament seçkilərində beynəxlaq müşahidəçi qismində iştirak etdiyi üçün minnətdarlığını bildirib:

"Gürcüstan Respublikası adından burada olduğum üçün təşəkkür edirəm. Bu parlament seçkiləri digərlərinə bənzəmir. Çünki Azərbaycan ərazi bütövlüyünü təmin edib və illər sonra bütün Azərbaycanda parlament seçkiləri keçirilib.

Azərbaycan öz qələbəsi ilə qürur duymalıdır. Azərbaycanla Gürcüstan dost və qardaş xalqdır. Prezident İlham Əliyevin də bu məsələdə əzmkarlığını unutmamalıyıq. Azərbaycan xalqına həsəd aparıram ki, belə lideri var".

O əlavə edib ki, Azərbaycan xalqı bu seçkilərdə yüksək fəallıq göstərib:

"Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həm prezident, həm də parlament seçkilərini keçirdi. Seçkilərin ümumi fonu ilə bağlı deyim ki, biz səhərdən axşama qədər müşahidələr apardıq. Azərbaycanın hər bir vətəndaşının səs vermək hüququ təmin olunub və onlar bu hüquqlarından istifadə ediblər.

Eyni zamanda, biz Azərbaycan və Gürcüstan parlamentlərarası əlaqələrinin inkişafı üçün də çalışırıq".

Oxşar xəbərlər

QDİƏT PA-nın sədr müavini: Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “parlament seçkiləri”ni tanımırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin Yüksək Seçki Şurasının sədri: Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan prezidenti rəsmi olaraq parlament seçkilərini oktyabrın 26-na təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Markov: Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər