DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda dördüncü qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında bosniyalılar hesab arasındakı fərqi azaldıblar 1:3.
90+3-cü dəqiqədə Ermin Mahmic fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda üçüncü qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər üstünlüklərini möhkəmləndiriblər - 3:0.
90-cı dəqiqədə Joan Manzanbi dubl edib..
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda ikinci qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər hesab arasındakı fərqi bir qədər də artırıblar- 2:0.
84-cü dəqiqədə Ruben Varqas adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda hesab açılıb.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər hesabda irəli çıxıblar - 1:0.
74-cü dəqiqədə Joan Manzanbi fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında qolsuz bərabərliklə davam edir - 0:0.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.
"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyunu başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, B qrupunun II turunun matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
Oxşar xəbərlər
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyunu başlayıb
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyunununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyununun ilk hissəsində qolsuz bərabərlik - YENİLƏNİR
DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib - YENİLƏNİB-5
DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
