Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən atletika üzrə ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib.
"Report" xəbər verir ki, yarışda milli üzvləri də daxil olmaqla paytaxtın müxtəlif klublarını, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən 135 atlet mübarizə aparır.
Turnir Avropa çempionatı və Balkan çempionatına seçim və hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Həmid Nəbiyev və Lamiyə Vəliyeva, 400 metrdə Cavid Məmmədov və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli və Nila Heydərova, 3000 metr məsafəyə maneələrlə qaçışda Əmrah Nağıyev Azərbaycan çempionu olublar.
Üç əkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Bülbül Babayev və Zeynəb Qəmbərova, nüvəitələmədə İsmayıl Əliyev və Səkinə Hacızadə, nizəatmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oxşar xəbərlər
Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış edib
Azərbaycan atletləri Balkan çempionatında mübarizə aparacaqlar
Atletika üzrə Yay Azərbaycan çempionatında ilk günün mükafatçıları müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
