Ədalət Muradov: "UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır"
Son 5 ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 30 ölkədən 128 universitetlə tərəfdaşlıq əlaqələri qurub.
"Report" xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.
Onun sözlərinə görə, beynəlmiləlləşmə UNEC-in inkişaf strategiyasının əsas istiqamətlərindən biridir: "015-2025-ci illərdə tərəfdaşlıq müqavilələrinin sayı 11 dəfədən çox artıb. Bu tərəfdaşlıqlar yalnız statistik göstərici deyil, həm də akademik mobillik, birgə təşəbbüslər, elmi-tədqiqat əməkdaşlığı və tələbələr üçün yeni imkanlar yaradan praktik platformadır. Mübadilə proqramları vasitəsilə UNEC həm tələbələrin, həm də akademik heyətin mobilliyini dəstəkləyir. Gənclər üçün akademik mobillik təkcə xaricdə təhsil almaq deyil, həm də beynəlxalq təcrübə, yeni bacarıqlar və geniş dünyagörüşü qazanmaq imkanı deməkdir".
"Universitet eyni zamanda dil əlçatanlığına xüsusi önəm verir. UNEC regionda təhsilin müxtəlif pillələri üzrə Azərbaycan, ingilis, rus və türk dillərində proqramlar təqdim edən yeganə ali təhsil müəssisəsidir. Bu çoxdilli mühit müxtəlif ölkələrdən gələn tələbələrin universitetə inteqrasiyasını asanlaşdırır və təhsili daha əlçatan edir. Bu siyasətin nəticələri beynəlxalq tələbələrin sayında da özünü göstərir. UNEC-də xarici tələbələrin sayı 2023-cü ildə təxminən 100 %, ötən il isə 200 %-ə yaxın artıb. Hazırda universitetdə təhsil alan əcnəbi tələbələr dörd qitəni təmsil edən 29 ölkədəndir. Bu müxtəliflik universitetdə akademik mühiti daha da zənginləşdirir, onu müxtəlif mədəniyyətlər və regionlar arasında dialoq üçün canlı platformaya çevirir. Bundan əlavə, UNEC gələcək və hazırkı beynəlxalq tələbələrə fasiləsiz xidmət göstərən, süni intellekt əsaslı, 24/7 fəaliyyət göstərən çoxdilli çatbot tətbiq edir. Bu sistem tələbələrə istənilən vaxt və istənilən məkandan operativ dəstək almaq imkanı yaradır".
Oxşar xəbərlər
UNEC-in rektoru: Son on ildə universitetin alimlərinin məqalələrinin sayı 301 dəfə artıb
Ədalət Muradov: "UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək
“Clarivate”: UNEC dünyada liderdir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
