

Hakan Fidanın Rusiyada müzakirə edəcəyi məsələlər açıqlanıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
“Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində baş tutacaq.
Səfər çərçivəsində nazir Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirəcək.
Səfər çərçivəsində Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional əlaqələrin ətraflı müzakirəsi, ticarət, enerji və turizm kimi ikitərəfli əməkdaşlığın əsas sahələrində mövcud vəziyyətin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Rusiya-Ukrayna savaşında Türkiyənin ədalətli davamlı sülhü təmin edilməsinə rolu, Suriya, Qəzza və Cənubi Qafqaz daxil olmaqla regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Oxşar xəbərlər
Hakan Fidan Rusiyaya səfər edəcək
Türkiyə XİN başçısı Rusiyaya səfər edəcək
Hakan Fidan Qırğızıstanın ardınca Tacikistana səfər edəcək
Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək
Fidan və Lavrov Rusiyada danışıqlar aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
