İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
00:00

İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq

15 may, 2025
00:00
571

İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq

Gürcüstan ABŞ ilə real və konkret nəticələrə əsaslanan strateji tərəfdaşlığı bərpa etməyə hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi LIVE” verilişində danışıb.

“Biz ABŞ ilə strateji tərəfdaşlığın yenilənməsinə tam açığıq. İstəyirik ki, bu münasibətlər konkret nəticələr doğuran, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq olsun. Hazırıq ki, hər iki ölkə üçün konkret yol xəritəsi hazırlayaq, burada həm Gürcüstanın, həm də ABŞ-nin maraqları və faydaları əks olunsun”, – İ.Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, ölkəsi gözləmə mövqeyindədir:

"Dəfələrlə bəyan etmişik ki, strateji əməkdaşlığa hazırıq. Ancaq indiyə qədər heç bir cavab verilməyib".

Bizimlə əlaqə saxlayın