Mariam Kvrişvili: Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır
sizinxeber.az xəbər saytı

Mariam Kvrişvili: Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır


Aleksandar Vuçiçin səfəri Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və bu, Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfəri kimi tarixə düşəcək.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, bu barədə Aleksandar Vuçiçi və onun həyat yoldaşını Tbilisi Aeroportunda qarşılayan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili

Onun sözlərinə görə, hazırda Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır.

"Hazırda Serbiya ilə azad ticarət sazişinin imzalanması istiqamətində danışıqlar aparılır və bu prosesdə əldə olunan irəliləyiş xüsusi qeyd olunmalıdır", – deyə M.Kvrivişvili vurğulayıb.

Nazirin sözlərinə görə, sözügedən saziş iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, Gürcüstandan ixracın genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

"İnanırıq ki, yaxın gələcəkdə bu sazişin imzalanması üçün presedent yaradılacaq. Bu, Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi münasibətlərin inkişafına, ölkəmizin ixrac potensialının artmasına və iqtisadiyyatın daha da güclənməsinə xidmət edəcək", – nazir əlavə edib.

Qeyd edək ki, Aleksandar Vuçiçin iyunun 15-də başlayan səfəri ayın 17-ə kimi davam edəcək.

Oxşar xəbərlər

Aleksandar Vuçiçin Gürcüstana səfər proqramı açıqlanıb
Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir
Gürcüstanın iqtisadiyyat naziri Bakı-Tbilisi qatarının açılması münasibətilə azərbaycanlı həmkarlarına təşəkkür edib
Serbiya Prezidentinin Azərbaycana səfəri başlayıb
Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər