Nazir: Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın əsas prioritetlərindəndir
sizinxeber.az xəbər saytı

Nazir: Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın əsas prioritetlərindəndir


Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına böyük diqqət ayırırıq. Bu ərazilərin azad olunması, yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün şərait yaradılması xalqımız üçün milli ideya xarakteri daşıyır.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda bildirib.

"Məmnunluqla qeyd edirik ki, İslam İnkişaf Bankı Qarabağda suvarma kanalının yenidən qurulması üçün xüsusi kredit xətti ayıran ilk beynəlxalq maliyyə institutu olub. Bu, tərəfdaşlığımızın gücünün daha bir göstəricisidir və biz bu dəstəyi yüksək qiymətləndiririk. "

O həmçinin bildirib ki, hökumət azad edilmiş ərazilərdə geniş vergi güzəştləri, müasir infrastruktur və dövlət dəstəyi ilə investorlar üçün cəlbedici şərait yaradır. Hazırda həmin ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir: "Oxşar güzəştli logistika rejimi Naxçıvan Muxtar Respublikasında da tətbiq edilir. Bu region Azərbaycanın eyni vaxtda Türkiyə, İran İslam Respublikası və Ermənistanla həmsərhəd olan yeganə ərazisidir".

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb
İB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün Anlaşma Memorandumu imzalanıb
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər