Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib


Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən bildirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin muzeyi ziyarət olunub.

Sonra hərbi liseyin ərazisindəki C.Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə məzunları təbrik edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Buraxılış mərasiminin planına uyğun olaraq məzunlara hərbi liseyin döş nişanı təqdim edilib, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub.

Sonra C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib

Oxşar xəbərlər

Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil olunub - FOTO
Hərbi liseydən məzun olan kursant: Gələcəkdə Azərbaycan Ordusunda ləyaqətli zabit olmaq istəyirəm
Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər