Belarusun Baş naziri: Azərbaycanla bütün məsələləri hökumətlərarası komissiya çərçivəsində həll edirik
sizinxeber.az xəbər saytı

Belarusun Baş naziri: Azərbaycanla bütün məsələləri hökumətlərarası komissiya çərçivəsində həll edirik


Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan və Belarus arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.

"Sizinxeber.az"un müxbirinin Minskdən verdiyi məlumata əsasən, o, bu barədə Azərbaycanın Baş nazirinin birinci müavini Samir Şərifovla görüşündə deyib.

Aleksandr Turçin qeyd edib ki, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası qarşıya çıxan məsələlərin operativ həllində mühüm rol oynayır.

"Komissiyamızın işinin səmərəliyini onun nəticələrinə əsasən qiymətləndirmək olar. Qarşıya çıxan bütün məsələlər məhz komissiya səviyyəsində həll olunur. Biz bu məsələləri nə baş nazirlərin, nə də dövlət başçılarının səviyyəsinə çıxarmağa ehtiyac duymuruq", – Belarus hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycanı uzun illərə söykənən etibarlı dostluq münasibətləri birləşdirir və bu münasibətlərin möhkəmlənməsində prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun xüsusi rolu var.

A.Turçin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmaların icrası hökumətlər qarşısında duran əsas vəzifələrdən biridir. O bildirib ki, müzakirə olunan layihələrin əksəriyyəti artıq həyata keçirilir və ya icra mərhələsindədir.

Baş nazir Azərbaycan ərazisində yaradılan birgə istehsal müəssisələrinin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, lift istehsalı, maşınqayırma və digər sənaye sahələrində əməkdaşlıq uğurla davam edir.

Aleksandr Turçin kommunal texnika sahəsində əməkdaşlığı xüsusi vurğulayaraq, Azərbaycanda zibildaşıyan maşınlar, yanğınsöndürmə və digər xüsusi təyinatlı texnikaların istehsalı və tədarükü istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

Belarusun Baş naziri bildirib ki, "Belaqro-2026" sərgisi və hökumətlərarası komissiyanın iclası çərçivəsində aparılan müzakirələr iki ölkə arasında yeni layihələrin və əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına imkan yaradacaq.

Oxşar xəbərlər

Aleksandr Turçin Bakıda Azərbaycan-Belarus lift yığım müəssisəsini ziyarət edib
Baş nazirin müavini: "Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb"
Azərbaycan və Belarus arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Samir Şərifov: Belarusla ticarət dövriyyəsinin genişləndirilməsi üçün potensial var
Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər