Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Ukraynanın paytaxtı Kiyevdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, diaspora fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib. Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev şəhər Şurasının deputatları, Kiyev şəhər meriyasının rəsmiləri də iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.
"Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb", - deyə səfir əlavə edib.
Oxşar xəbərlər
Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
Kiyevdə Heydər Əliyevin 102-ci ildönümü qeyd olunub
İrpendə Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib
Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
