Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib.
"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə 6 min 378 ton (2,5 dəfə) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,4 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan qara metal ixracından gəlirini 20 %-ə yaxın artırıb
Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb
Azərbaycan gübrə ixracından gəlirini 78 % artırıb
Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 187 milyon dolları ötüb
Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
