Moskva ətrafında ad günü məclisində 2 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Moskva ətrafında ad günü məclisində 2 nəfər ölüb


Moskva ətrafındakı Solneçnoqorskda ad gününün qeyd edilməsi zamanı kütləvi zəhərlənmə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyunun 27-nə keçən gecə Bakeyevo kottec şəhərciyindəki fərdi evdə baş verib.

İlkin məlumatlara görə, səkkiz nəfərdə zəhərlənmə əlamətləri aşkarlanıb. 25 və 26 yaşlı iki kişi təcili yardım briqadası gələnə qədər vəfat edib.

Ziyafətin digər iştirakçıları "naməlum maddənin oral qəbulu nəticəsində kəskin zəhərlənmə" diaqnozu ilə təcili olaraq tibb müəssisələrinə çatdırılıblar. Mövcud məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Zəhərlənmənin səbəbləri və baş vermiş hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Oxşar xəbərlər

ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var
Şirvanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlanıb - YENİLƏNİB
İmişlidə üç nəfər dəm qazından boğularaq ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
Tovuzda kütləvi zəhərlənmə olub 
Sumqayıtda üç nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər