Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Rusiyanın Həştərxan vilayətində silsilə tədbirlər keçirilib.
"Report" xəbər verir ki, tədbirlərdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.
Nümayəndə heyəti mayın 7-də Heydər Əliyev adına 11 saylı məktəbi ziyarət edərək Ulu Öndərin büstü önünə gül dəstələri düzüb. Daha sonra səfər çərçivəsində nümayəndə heyəti və Həştərxan vilayətinin xarici işlər naziri Vladimir Qolovkov ilə Həştərxan vilayətində inşa edilmiş "Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının" (AMOR) Həştərxan bölməsi və diaspora nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, ölkənin inkişafı və İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan bərpa işlərindən danışılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Həştərxan vilayətinin hökumət rəsmiləri ilə də görüşüb. Görüşlərdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, birgə sosial layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirlər çərçivəsində nümayəndə heyəti Həştərxan şəhərində Heydər Əliyev Xiyabanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə güllər qoyub və ağacəkmə aksiyasında iştirak edib. Həmçinin, II Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarlığı" və "Əbədi məşəl" memorialı da ziyarət olunub.
Oxşar xəbərlər
Azərbaycanla Həştərxan arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Azərbaycan səfiri Həştərxan qubernatoru ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Rəsmi Bakı deputat Azər Badamovun Rusiyada saxlanılmasını qeyri-dost addım adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
