Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Baltikyanı ölkələr Avropa İttifaqını (Aİ) Rusiyadan neft idxalına qadağanın tətbiqini sürətləndirməyə çağırıblar.
Bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, Baltikyanı ölkələrin rəsmiləri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin azaldılması məqsədilə Aİ-ni mövcud məhdudiyyətləri daha operativ şəkildə sərtləşdirməyə çağırırlar. Onların fikrincə, Rusiyadan neft idxalına tam qadağanın daha tez tətbiqi Moskvanın maliyyə imkanlarını zəiflədə bilər.
Nəşr qeyd edir ki, bu məsələ Aİ daxilində Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsi ilə bağlı müzakirələrin tərkib hissəsidir.
Avropa İttifaqı 2027-ci ilin payızınadək Rusiya qazını enerji balansından mərhələli şəkildə çıxarmaq barədə razılığa gəlib. Lakin rəsmilərin sözlərinə görə, İranla müharibə bu planların icrasını ləngidib.
Bildirilib ki, Rusiyadan neft idxalına qadağa ilə bağlı təklifin aprelin 15-də müzakirəyə çıxarılması planlaşdırılsa da, mart ayında bu məsələ Avropa Komissiyasının ilkin gündəliyindən çıxarılıb.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, qadağanın irəlilədilməsi Rusiyadan neft tədarükündən ciddi şəkildə asılı olan Macarıstan və Slovakiya kimi ölkələrin, eləcə də enerji daşıyıcılarının yüksək qiymətlərindən əziyyət çəkən digər Aİ üzvlərinin müqaviməti ilə üzləşə bilər.
Oxşar xəbərlər
Avropa Komissiyası iyunun 17-də Rusiyadan qaz idxalına qadağa tədbirlərini təqdim edə bilər
Aİ tam qadağanın tətbiqinə qədər Rusiyadan 270 min tondan çox alüminium ala biləcək
Aİ Rusiyadan idxal etdiyi qaz üçün ötən illə müqayisədə bir milyard avro daha çox pul ödəyib
Slovakiya Rusiya qazının idxalına qoyulan qadağaya görə Aİ Məhkəməsinə müraciət edib
Hindistan Rusiyadan neft idxalına görə ABŞ-ın tənqidinə cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
