Kiyevdə Heydər Əliyevin 102-ci ildönümü qeyd olunub
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Ukraynanın paytaxtı Kiyevdə də qeyd edilib.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və GUAM-ın Baş Katibliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin əməkdaşları, diaspor fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Kiyevdə bir neçə ay əvvəl Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası da keçirilib.
Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasından öncə Azərbaycan və Ukraynanın dostluğunu tərənnüm edən xatirə lövhəsinin açılışı olub.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.
“Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, - deyə səfir bildirib.
S.Mərdəliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
Oxşar xəbərlər
Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
