Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
Ukraynanın paytaxtı Kiyevdə Heydər Əliyevin adını daşıdığı parkda yerləşən abidənin önündə Azərbaycanın Ümummilli liderinin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat (GUAM), “SOCAR Energy Ukraine” şirkətinin kollektivi, Türkiyənin Ukraynadakı səfirliyinin diplomatları iştirak ediblər.
Səfirliyin Heydər Əliyev zalında davam edən anım tədbirində səfir Seymur Mərdəliyev, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Bildirib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb.
“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə Seymur Mərdəliyev vurğulayıb.
GUAM-ın Baş katibi Altay Əfəndiyev, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərindən, eləcə də dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıblar.
Oxşar xəbərlər
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













