Azərbaycanda bazar günü hava yağmurlu olacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda bazar günü hava yağmurlu olacaq


Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.

Oxşar xəbərlər

Sabah yağıntılar və külək tədricən kəsiləcək
Sabah səhər yağıntılar tədricən kəsiləcək
Şənbə günü yağış yağacaq - PROQNOZ
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
Bazar günü leysan yağacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər