Ukrayna Rusiyanın "Transneft" obyektinə təkrar zərbə endirildiyini bildirib
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiyanın "Transneft" obyektinə təkrar zərbə endirildiyini bildirib


Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Vladimir vilayətindəki "Transneft-Verxnyaya Volqa" SC-nin "Vtorovo" neft stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə təkrar zərbə endirildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, cari ay ərzində obyektə endirilən artıq ikinci zərbədir. Mənbələrin məlumatına əsasən, stansiya "Transneft-Verxnyaya Volqa" SC-nin strukturuna daxildir və açıq neft məhsullarının ixrac limanlarına və daxili istehlakçılara, o cümlədən Moskva istiqamətində nəqlini təmin edən əsas logistika qovşaqlarından biridir.

Həmçinin qeyd edilib ki, onun vasitəsilə dizel yanacağının Moskva dairəvi neft məhsulları boru kəmərinə, oradan isə Moskva ətrafındakı iri neft bazalarına nəqli həyata keçirilir. Eləcə də, stansiya neft məhsullarının Baltik dənizi limanları vasitəsilə ixracını təmin edir.

İlkin məlumatlara görə, Ukrayna PUA-ları neft stansiyasının texniki binalarını vurub, bundan sonra partlayış baş verib.

Qeyd olunur ki, "Vtorovo" stansiyasına əvvəlki hücum iyunun 10-da edilib.

Oxşar xəbərlər

Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib
Ukrayna Orskdakı neft emalı zavoduna və "Transneft"in Permdəki obyektinə hücum edib
Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib
Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
Baş Qərargah: Primorskdakı neft terminalına və Başqırdıstandakı NEZ-ə zərbə endirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər