İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"
sizinxeber.az xəbər saytı

İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"


İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.

Mütəxəssis G qrupunun III turunda heç-heçə başa çatan (1:1) matçdan sonra fikirlərini bölüşüb:

"Bəxt bizdən yana olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına öz təsirini göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre: "Komandanın özünəməxsus xarakteri var"
Misir millisinin baş məşqçisi Husam Hasan: "Pley-offa vəsiqə qazanmağımız tarixi nəticədir"
Azərbaycan millisinin baş məşqçisi: "Bolqarıstanda növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik"
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
ABF-nin baş katibi: "Basketbolçularımız Bakı mərhələsində əllərindən gələni etdilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər