Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb
sizinxeber.az xəbər saytı

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb


Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.

Oxşar xəbərlər

Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb
Cəlilabad sakini Biləsuvarda atdan yıxılaraq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər