“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,75% artaraq 2,24 trilyon dollara yüksəlib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in (BTC) qiyməti 1,95% artaraq 65 610 dollara, “Ethereum”un (ETH) qiyməti 2,25% yüksələrək 1 715,92 dollara çatıb. BNB tokeni isə 1,17% bahalaşaraq 616,21 dollardan ticarət olunub.
Qızıl əsaslı rəqəmsal aktivlərdə də yüksəliş qeydə alınıb. Belə ki, PAX Gold (PAXG) son sutkada 2,26% artaraq 4 319,93 dollara, Tether Gold (XAUt) isə 2,28% bahalaşaraq 4 308,24 dollara yüksəlib.
Bazarın ən çox bahalaşan aktivləri sırasında Zcash (ZEC) yer alıb. Tokenin qiyməti son 24 saatda 14,46%, son yeddi gündə isə 13,2% artıb. Süni intellekt tematik kriptovalyutalardan Bittensor (TAO) isə həftəlik müqayisədə 30,26% yüksəliş göstərib.
Ekspertlər hesab edir ki, kriptovalyuta və qızıl əsaslı tokenlərdə müşahidə olunan bahalaşma investorların risk iştahasının artması, faiz endirimi gözləntiləri və geosiyasi risklərlə bağlıdır.
Oxşar xəbərlər
Kriptobirjada son durum - "Bitcoin" bahalaşıb
“Bitcoin”in qiyməti 74 min dollara yaxınlaşıb
Kriptobirjada əsas aktivlərdə nisbi bahalaşma olub
Kriptobirjada artım: "Bitcoin”in qiyməti 74 min dolları ötüb
“Bitcoin”in qiyməti 76 min dollara yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
