Yanvar-may aylarında pensiyalara 3,26 milyard manat yönəldilib
sizinxeber.az xəbər saytı

Yanvar-may aylarında pensiyalara 3,26 milyard manat yönəldilib


Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Qeyd olunub ki, yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Oxşar xəbərlər

Bu il pensiya ödənişlərinə yönəldilən vəsait açıqlanıb
Bu ilin ilk yarısında pensiya ödənişlərinə yönəldilən məbləğin həcmi açıqlanıb
Bu ilin dörd ayında pensiyalara 2 mlrd. 608 mln. manat vəsait yönəldilib
Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
Bu ilin birinci rübündə pensiyalara 1 mlrd. 955 mln. manat vəsait yönəldilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər