İran İsraildəki hərbi və aerokosmik obyektlərə zərbələr endirdiyini bildirib
İran hərbçiləri Hayfa və Tel-Əvivdəki iri şirkətlərə məxsus obyektlərə zərbələr endirib.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
"Martın 24-də İran Ordusu pilotsuz təyyarələrlə Hayfadakı "Rafael Advanced Defense Systems" silah şirkətinə və Ben-Qurion hava limanı yaxınlığındakı "Israel Aerospace Industries" obyektlərinə, eləcə də hava limanında yanacaq dolduran təyyarələrə zərbələr endirib", - açıqlamada deyilir.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil edib. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bir neçə regional dövlət vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Şahbaz Şərif: Pakistan İran-ABŞ danışıqlarına ev sahibliyi etməyə hazırdır
İran İsrail və ABŞ-yə qarşı "Gerçək vəd – 4" əməliyyatının 74-cü dalğasını keçirib
İran Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura hücum edib
İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
