Tokayev “KazMunayQaz”ın rəhbəri ilə əlavə neft ixrac marşrutlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Tokayev “KazMunayQaz”ın rəhbəri ilə əlavə neft ixrac marşrutlarını müzakirə edib


Qazaxıstan hazırda əlavə neft ixrac marşrutlarının hazırlanması üzərində işləyir.

“Report”un Qazaxıstan bürosu “Akorda”ya istinadən xəbər verir ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “KazMunayQaz” milli neft şirkətinin idarə heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.

“Əlavə marşrutların işlənməsi üzrə işlər aparılır: 2025-ci ilin ilk 7 ayında Azərbaycana (Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə) 0,9 milyon ton, Almaniyaya 1,1 milyon ton, Macarıstana isə 85 min ton həcmində Qazaxıstan neftinin ilk partiyası çatdırılıb”, - məlumatda deyilir.

Xasenov bildirib ki, “KazMunayQaz” aktiv şəkildə geoloji-kəşfiyyat işləri aparır: “Bu il mövcud yataqların əlavə kəşfiyyatı çərçivəsində 7 quyunun qazılması planlaşdırılır, onlardan üçü faktiki olaraq qazılıb”.

Onun sözlərinə görə, hesabat dövründə Qazaxıstanın neft və kondensat hasilatının həcmi 2024-cü ilin analoji dövrünün göstəricisini 9 % üstələyərək 15,3 milyon ton təşkil edib. “Təbii və səmt qazının hasilatının həcmi isə 6,7 milyard kubmetrə çatıb ki, bu da ötən ilin göstəricilərindən 19 % çoxdur. 2025-ci ilin ilk 7 ayında yerli neft emalı zavodları 10,4 milyon ton neft emal edib”, - “KazMunayQaz” rəhbəri söyləyib.

Oxşar xəbərlər

KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır
Asxat Xasenov: “Bakı-Supsa kəməri "KazMunayQaz"ın diqqət mərkəzində qalmağa davam edir” - EKSKLÜZİV
KMG rəhbəri Daşkənddə SOCAR, “Tatneft” və “Uzbeknefteqaz” ilə memorandumun həyata keçirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər