Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub
sizinxeber.az xəbər saytı

Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub


Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Sizinxeber.az" Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.

"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.

Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.

Oxşar xəbərlər

Rusiyanın zərbələri Ukraynanın 8 vilayətinin bir hissəsini işıqsız qoyub
Rusiyanın zərbələri nəticəsində Ukraynanın beş vilayəti elektrik enerjisiz qalıb
Rusiyanın zərbələri nəticəsində Ukraynanın Sumı vilayətində 23 nəfər yaralanıb
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var
Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər xəsarət alıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər