Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır
sizinxeber.az xəbər saytı

Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır


Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 1,5 milyon ton təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a respublikanın Energetika Nazirliyindən bildirilib.

"2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton plan üzrə 1,4 milyon ton təşkil edib. 2025-ci il üçün BTC üzrə plan 2024-cü ilin səviyyəsində - 1,5 milyon ton neft həcmində qalır", - nazirlikdən bildirilib.

Məlumata görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb.

Ötən ilin sonunda Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft tədarükünü 1,5 milyon tondan 20 milyon tona qədər artırmaq imkanlarını öyrənir.

Oxşar xəbərlər

Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Qazaxıstan neftinin BTC ilə tranzitinin həcminin artırılması müzakirə edilir
CPC bu il 53 milyon ton neft ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər