Sizinxeber.az » DÜNYA » Region » Gürcüstan prezidenti TBMM sədri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstan prezidenti TBMM sədri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı ölkənin Prezident Administrasiyası yayıb.

Məlumata görə, təkbətək formatda keçirilən görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərini, eləcə də müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Prezident Kavelaşvili Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olub. Gürcüstan Prezidenti bildirib ki, ölkəsi regionda “dinc yanaşı yaşama” prinsipini dəstəkləyir və sülhün, konstruktiv əməkdaşlığın təşviqi prosesinə hər zaman töhfə verməyə hazırdır. O, Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımları alqışlayaraq bunun regional sabitliyə mühüm töhfə verəcəyini qeyd edib.

Tərəflər, həmçinin Rusiya-Ukrayna münaqişəsini təhlükəsizlik çağırışları kontekstində müzakirə ediblər. Mixeil Kavelaşvili Gürcüstan və Türkiyə arasında həyata keçirilən regional və strateji layihələrin səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstan prezidenti həyat yoldaşı ilə birlikdə Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !