Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər


Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident sarayında erməni həmkarı Vaaqn Xaçaturyanla görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Prezident Administrasiyasının yaydığı məlumata görə, təkbətək görüş zamanı tərəflər Gürcüstan-Ermənistan münasibətlərinin dostluq və tərəfdaşlıq ruhunda inkişafını, eləcə də bu əməkdaşlığın müxtəlif sahələr üzrə dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

M.Kavelaşvili görüş zamanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Ermənistan Prezidentinə təşəkkürünü bildirib. Liderlər, həmçinin regiondakı siyasi proseslərə, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyinə dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Gürcüstan Prezidenti Tbilisidə baş tutmuş Gürcüstan–Ermənistan–Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunaraq bu formatın davamlılığının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Görüş başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirərək danışıqların nəticələrinə dair ictimaiyyəti məlumatlandırıblar.

Oxşar xəbərlər

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Ermənistan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
Gürcüstan Prezidenti bu gün Ermənistana yola düşüb
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başa çatıb - YENİLƏNİB-2
Gürcüstan Prezidenti Azərbaycan Baş naziri ilə strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər