İranda Urmiya gölünün bərpası il bağlı 27 qərar qəbul edilib
İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün bərpası qərargahında 27 qərar qəbul edilib.
“Sizinxeber.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Urmiya gölünün xilas edilməsi üzrə Milli İşçi Qrupunun katibi Reza Rəhmani Qərbi Azərbaycan əyalətində uyğun məsələyə dair keçirilən iclasda çıxışı zamanı deyib.
"Urmiya gölü hamı üçün vacibdir və bizim ən mühüm missiyamız onun bərpası planlarını həyata keçirməkdir", - o vurğulayıb.
Qərbi Azərbaycan əyalətinin başçısı Məhəmməd Əmin Rzazadə bildirib ki, bağçılıqla məşğul olmaqla yanaşı, Urmiya gölünün dirçəlişi haqqında düşünməyin mümkün olmadığını bildirərək deyib: “Bu gün biz bilməliyik ki, Urmiya gölü haqqında ən çox narahat olanlar gölə yaxın ərazilərin sakinləridir".
Rəhmaninin sözlərinə görə, Urmiya gölünün quruması hadisəsi hökumətə hücum alətinə çevirilməməlidir.
İclas iştirakçıları qeyd ediblər ki, Urmiya gölünə tökülən suyun suvarma işlərinə sərf edilməsi gölün səviyyəsinin düşməsinə səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, İran hakimiyyətinin su ehtiyatlarından plansız istifadəsi səbəbindən Urmiya gölü quruyur.
Oxşar xəbərlər
Baş direktor: Urmiya gölünün sahəsi 210 kv.km azalıb
Yaponiya hökuməti Urmiya gölünün bərpasına maliyyə ayırıb
Urmiya gölünün səviyyəsi əhəmiyyətli dərəcədə artıb
Yaponiya hökuməti Urmiya gölünün xilası üçün növbəti maliyyə yardımı ayırıb
Urmiyada beş məhbusun barmaqları kəsiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
