Urmiyada beş məhbusun barmaqları kəsiləcək
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki həbsxanada beş məhbusun əl barmaqları kəsiləcək.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, Beynəlxalq Əfv Təşkilatının Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər zindanında əl barmaqlarının kəsilməsi cəzası alan beş məhbusla bağlı bəyanatında İran hakimiyyətindən məhkumlar barəsində çıxarılan hökmünün ləğv etməsi tələb olunub.
Təşkilat beynəlxalq ictimaiyyətdən məhkumların bədən üzvlərinin kəsilməsi cəzasının dayandırılması üçün Tehrana təzyiqlər etməsini istəyib: “Bu amputasiyalar, xüsusilə İran hakimiyyətinin insan haqları və ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və cinayət sayılır”.
Bir neçə gün əvvəl Urmiya həbsxanasında oğurluqda günahlandırılan Şəhab və Mehrdad Teymuri qardaşlarının sağ əllərinin 4 barmağı kəsilib.
Oxşar xəbərlər
İran həbsxanalarında edama qarşı kütləvi aclıq aksiyaları başlayıb
İran Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi barəsində edam hökmü çıxarılıb
Son iki gündə İranda 30 nəfər edam olunub
İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq
İran həbsxanalarında son bir ayda 55 məhbus edam edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













