Gürcüstan parlamenti əcnəbilərin yoxlanılması ilə bağlı qanunu sərtləşdirdi
Gürcüstan parlamenti növbədənkənar sessiyada “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, dəyişikliklərə əsasən, qanunsuz miqrasiya hallarının aşkar edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumlarına əcnəbilərin yaşayış və iş yerlərinə, eləcə də digər əmlaklarına baxış keçirmək səlahiyyəti verilir.
Təcili hallarda baxış məhkəmə sərəncamı olmadan da həyata keçirilə bilər, lakin 24 saat ərzində məhkəməyə müraciət edilməlidir.
Qanuna görə, polis əməkdaşları həmçinin şəxsiyyəti müəyyən etmək, səthi baxış keçirmək və əcnəbinin iş sənədlərini yoxlamaq hüququna malik olacaq.
Komitə sədri Tornike Çeişvili bildirib ki, 2025-ci ilin ilk yarısında 525 əcnəbi ölkədən deportasiya olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% artım deməkdir.
Qeyd olunub ki, yeni hüquqi mexanizmlər miqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib
Qanunsuz miqrantların saxlanılma mərkəzlərinə məcburi yerləşdirilənlərin azad edilməsi qaydaları son oxunuşda təsdiqlənib
Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













