Laura Puttkammer: Həll yönümlü jurnalistika şəhər problemlərinə qarşı mübarizə yollarını araşdırır
Həll yönümlü jurnalistika şəhərlərin qarşılaşdıqları ən ciddi problemlərlə necə mübarizə apardıqlarını araşdıran reportaj hazırlamaq praktikası kimi dəyərləndirilir.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün keçirdiyi xüsusi sessiya zamanı "Urban Solutions Journal" nəşrini təmsil edən jurnalist Laura Puttkammer bildirib.
Onun sözlərinə görə, şəhərlərin həll etməli olduğu bütün məsələləri işıqlandırılır, lakin bu, sadəcə xoş təəssürat yaradan bir hekayə deyil. Burada əsas məqsəd öyrəndiklərini, əldə olunan real sübutları və hətta tənqidi yanaşmanı ortaya qoymaqdır.
"Yəni söhbət sadəcə “bu əladır, möhtəşəmdir, onlar bir uşaq meydançası tikiblər” deməkdən getmir. Bu, yalnız xoş emosiyalar yaradan bir hekayə deyil. Əsas məsələ həmin meydançanın niyə tikildiyini, ictimai iştirakçılığın bu prosesə necə təsir etdiyini, bunun şəhər üçün niyə vacib olduğunu, layihənin necə maliyyələşdirildiyini araşdırmaqdır. Məhz bundan sonra bu, jurnalist araşdırmasına çevrilir", - Laura Puttkammer qeyd edib.
"Həll yönümlü jurnalistikanın digər ideyası isə ondan ibarətdir ki, bu cür materiallar digər şəhərlərdə, merlərdə və şəhərlərlə çalışan insanlarda — məsələn, memarlarda da dəyişiklik üçün ilham yarada bilər. Biz burada hansısa təşkilatı, şəxsi və ya siyasi mövqeni təşviq etmirik.
Həll yönümlü jurnalistlər olaraq məqsədimiz konstruktiv və eyni zamanda tənqidi materiallar təqdim etməklə insanları gücləndirməkdir. Söhbət oxucuları, siyasətçiləri və həmin materialları oxuyacaq icmaları məlumatlandırmaq və onları gücləndirməkdən gedir", - Laura Puttkammer vurğulayıb.
Onun sözlərinə görə, məqsəd odur ki, insanlar bəzi şəhərlərin artıq gördüyü işlərə baxaraq öz şəhərlərinin necə görünə biləcəyini yenidən təsəvvür edə bilsinlər.
Qeyd edək ki, Laura Puttkammer şəhərsalma sahəsində geniş araşdırma təcrübəsinə malikdir və Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını aktiv şəkildə işıqlandırıb.
Oxşar xəbərlər
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
WUF13-də iqlim böhranı qarşısında adekvat mənzil məsələsi müzakirə olunub
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
