Qanunsuz miqrantların saxlanılma mərkəzlərinə məcburi yerləşdirilənlərin azad edilməsi qaydaları son oxunuşda təsdiqlənib
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşir.
“Report” xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır.
Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.
Bundan başqa, daha bir təklif olunan dəyişikliyə görə, mərkəzdə saxlanılan şəxsin öldüyü vaxtdan yeddi gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.
Məcəlləyə təklif edilən dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miqrantların saxlanılması mərkəzinə ayinlərlə əlaqədar din xadimləri dəvət oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz miqrantlar yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miqrantların saxlanılması mərkəzindəki əcnəbilər tərəfindən sovqat alınması qaydası müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə görüləcək tədbirlər məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












