sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Lans" tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub
"Lans" Fransa Kubokunun finalında "Nitsa" komandasını 3:1 hesabı ilə məğlub edib.
"Sizinxeber.az"un məlumatına görə, qalib komandanın heyətində Florian Toven (25-ci dəqiqə), Odsonn Eduar (42) və Abdallah Sima (78) fərqləniblər. Məğlub komandanın yeganə qolunu Cibril Kulibali (45+3) vurub.
"Lans" tarixində ilk dəfə Fransa Kubokunu qazanıb. Komanda əvvəllər üç dəfə (1948, 1975, 1998) turnirin finalına çıxıb.
Fransa Kubokunda qələbə sayına görə rekordçu əvvəlki iki turnirdə qalib gələn PSJ-dir.
Oxşar xəbərlər
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazanıb
İngiltərə kuboku: "Çelsi" "Brayton"a uduzub
"Barselona" tarixində 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi olub
“PSJ” 13-cü dəfə Fransa Superkubokunun qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
