Müəllimlərin yerdəyişməsi üzrə növbəti vakansiya seçiminə başlanılır
sizinxeber.az xəbər saytı

Müəllimlərin yerdəyişməsi üzrə növbəti vakansiya seçiminə başlanılır


23 may saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək.

“Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur”, - məlumatda deyilir.

Oxşar xəbərlər

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminə başlanılır
Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşib
Müəllimlərin vakansiya seçimi prosesi uzadılıb
Sabah MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər