Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib – YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
15:00

Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib – YENİLƏNİB

29 in, 2025
15:00
372

Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib – YENİLƏNİB

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.

“Sizinxeber.az” xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o, bunları saxlanılmazdan əvvəl aldığını bildirib.

“Mən saxlanılmazdan əvvəl... 25, 26-sı tarixində, xatırlamıram”, – o jurnalistlərə bildirib və əlavə edib ki, özü yıxılıb.

13:35

Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir.

“Sizinxeber.az”un Rusiya bürosu xəbər verir ki, A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.

Bizimlə əlaqə saxlayın