Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib -  YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB


Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

"Report" xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda Böyük Kəsik istiqamətində göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

"Report" xəbər verir ki, bu ölkəyə 10 vaqon buğda tədarük olunacaq.

Qatar saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
Ermənistana daha 7 vaqon buğda göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi
Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər