Türkiyədə silahlı insident olub, ölən və yaralananlar var
Türkiyənin Adana şəhərində ölüm və xəsarətlə nəticələnən silahlı insident olub.
“Sizinxeber.az”un xəbərinə görə, hadisə Seyhan rayonunun Barış məhəlləsində baş verib.
Bir qrup şəxs arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib. İnsident zamanı Həsən Karaaslan adlı şəxs tapançadan açılan atəşlə boynundan və başından, daha 4 nəfər isə ayağından güllə yaraları alıb.
Davada iştirak edənlərdən bəziləri hadisə yerindən qaçıb. Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub.
Polis ərazidə təhlükəsizlik tədbirləri görüb, yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, vəziyyəti ağır olan və reanimasiya şöbəsinə yerləşdirilən H.Karaaslanı xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb - YENİLƏNİB
İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
