sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşı yaxalamaq istədikləri şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Seferihisar rayonunda qeydə alınıb. Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
Hadisə yerinə növbəti dəfə polis əməkdaşları və təcili yardım göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Asayiş keşikçilərinə hücum edən şəxs saxlanılıb.
Oxşar xəbərlər
İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var
Türkiyədə ağır yol qəzasında 7-si polis olmaqla 11 nəfər xəsarət alıb, ölən var
İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
