İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var
Türkiyənin İstanbul şəhərində xəstəxananın təcili yardım şöbəsinə silahlı hücum olub, 5 nəfər yaralanıb.
Bu barədə “Report” “TRT Haber” telekanalına istinadən xəbər verir.
“İstanbulun Bahçelievler rayonunda xəstəxananın təcili yardım şöbəsinə bir nəfər və ya bir qrup şəxs tərəfindən edilən silahlı basqın nəticəsində 5 nəfər yaralanıb. Hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib”, - telekanal məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlər arasında polis, jandarm və özəl təhlükəsizlik işçisi, eləcə də iki mülki şəxs var.
“Onların həyatı təhlükədə deyil. Xəstəxana binasına və təcili yardım maşınına da ziyan dəyib”, - məlumatda deyilir.
Hücum zaman istifadə edilən avtomobil daha sonra tərk edilmiş vəziyyətdə tapılıb.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Oxşar xəbərlər
İstanbulda naməlum şəxs insanlara hücum edib, iki nəfər ölüb, yeddisi yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda kilsəyə silahlı hücum edən hər iki şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada bıçaqlı hücum: 3 nəfər ölüb, 9-u yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə mikroavtobus və minik maşını toqquşub, ölən və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












