Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb - YENİLƏNİB


Türkiyənin İzmir şəhərində üç polis əməkdaşının yaralanması ilə bağlı aparılan araşdırma çərçivəsində 11 şübhəli saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, istintaq davam edir.

Məlumata görə, yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, noyabrın 20-də axşam saatlarında silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.

02:27

Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşı yaxalamaq istədikləri şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Seferihisar rayonunda qeydə alınıb. Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.

Hadisə yerinə növbəti dəfə polis əməkdaşları və təcili yardım göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Asayiş keşikçilərinə hücum edən şəxs saxlanılıb.

Oxşar xəbərlər

Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə gənc “PUBG” oynayandan sonra insanlara balta və bıçaqla hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər